Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Füzuli rayon Qarabulaq kənd uşaq musiqi məktəbi

Füzuli rayon  Qarabulaq kənd uşaq musiqi məktəbi 1991-ci ildə yaranıb.Hal-hazırda Bakı şəhəri Yəyha Hüseynov küçəsi 100 ünvanı,Biləcəri Təmir – Quraşdırma  Qapalı Səhmdar Cəmiyyətinin binasında  fəaliyyət göstərir.2017-2018-ci tədris ilində  məktəbdə 180 şagird təhsil alır.Məktəbdə tar, kamança, fortepiano, skripka, nağara, xanəndəlik, qarmon ixtisasları  20(iyirmi) sinif otaqlarında tədris olunur. Məktəbdə 3 şöbə var: nəzəriyyə,fortepiano və xalq çalğı alətləri şöbələri.

Məktəbdə 49 müəllim və 7 texniki işçilər fəaliyyət göstərirlər.Müəllimlərdən 5 nəfəri ali ixtisas, 3 nəfəri qeyri-ali ixtisas,41 nəfəri isə orta ixtisas təhsillidirlər.

Məktəbin direktoru  ali təhsilli  xanəndə Taqiyeva Könül Nadir qızıdır.Taqiyeva Könül Nadir qızı hal-hazırki vəzifəsinə 24 iyul 2015-ci ildə təyin olunub. 

 

53.7 KB