Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Region haqqında
İqtisadiyyat

Kürdəmir

2013-cü il ərzində Kürdəmir rayonunun  sosial-iqtisadi inkişafının makroiqtisadi göstəriciləri

2013-cü il ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə Ümumi Məhsul Buraxılışı (ÜMB) 14.6 faiz artaraq 388942.1 min manat təşkil etmişdir. ÜMB-nın 80.7 məhsul istehsalı sahələrində, o cümlədən 11.5 faizi sənayedə, 40.4 faizi inşaat kompleksində, 28.8 faizi isə kənd təsərrüfatı sahələrində yaradılmışdır.
ÜMB-nın 19.3 faizi xidmət sahələrində, o cümlədən 0.8 faizi nəqliyyat sahəsində, 0.1 faizi rabitə sahəsində, 18.4 faizi ticarət və ictimai iaşə sahəsində olmuşdur.
Sənaye sahələrində fiziki şəxslərin də fəaliyyəti nəzərə alınmaqla keçən ilin müvafiq dövrü ilə müqayisədə 0.5 faiz az və ya 44584.6 min manatlıq sənaye məhsulu istehsal edilmişdir.
Məhsul istehsalının və sənaye xarakterli xidmətlərin həcmi dövlət bölməsində 10.8 faiz artmış, qeyri-dövlət bölməsində isə 1.9 faiz azalmışdır. Sənaye məhsulunun 92.3 faizi emal, 6.3 faizi elektrik enerjisi, qaz ilə təchizat, 1.4 faizi su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi sahəsinin payına düşmüşdür.
Hesabat dövrünün sonuna sənaye müəssisələrin anbarlarında 14.6 min manatlıq hazır məhsul qalığı olmuşdur.
Kənd əməkçilərinin 2013-cü ilin məhsulu üçün əkin sahəsi ötən ilin payızlıq əkinləri də daxil olmaqla 63015 hektar olmuşdur. Dekabr ayının 1-i vəziyyətinə 33401 ton buğda, 46314 ton arpa, 13530 ton kartof, 21637 ton tərəvəz, 48294 ton bostan məhsulları, 401 ton günəbaxan, 2761 ton qarğıdalı, 90 ton şəkər çuğunduru, 21432 ton meyvə, 3816 ton üzüm istehsal edilmişdir.
Heyvandarlıq sahəsində mal-qaranın baş sayı və məhsul istehsalı sahələrində məhsul istehsalı durmadan artmaqda davam edir. Cari ilin əvvəlindən diri çəkidə 9680 ton ət, 41564 ton süd, 14853 min ədəd yumurta, 214 ton yun istehsal edilmişdir. Heyvandarlıq məhsullarının istehsalı ötən ilin müvafiq dövrünə nisbətən ət istehsalında 103.8 faiz, süd istehsalında 111.1 faiz, yumurta istehsalında 100.7 faiz, yun istehsalında 101.5 faiz olmuşdur.
İlin əvvəlindən inşaat kompleksində 145480.7 min manat məbləğində investisiyadan istifadə edilmişdir. İstifadə edilmiş vəsaitin 97.2 faizi və ya 1171344.6 min manatı bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
2013-cü il ərzində keçən ilin müvafiq dövrünə nisbətən inşaat işlərinə xərclənmiş investisiyanın həcmi 20.5 faiz, bilavasitə tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsaitin həcmi 20.6 faiz artmışdır.
Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən cari ilin yanvar-dekabr aylarında 977 min ton, yaxud keçən ilin müvafiq dövrünə nisbətən 108.2 faiz çox yük, 7.2 min nəfər və ya 8.2 faiz çox sərnişin daşınmışdır.
Yüklərin 100 faizi avtomobil nəqliyyatı vasitəsi ilə daşınmışdır.
Rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 332.2 min manat dəyərində rabitə xidməti göstərmişdir. Göstərilmiş rabitə xidmətlərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 10.2 faiz artmışdır. Göstərilən xidmətlərin 75.6 faizi bilavasitə əhaliyə göstərilən xidmətlər olmuşdur.
Cari ilin əvvəlindən rayon əhalisinin sayı 110.1 min nəfərə çatmışdır. Məşğulluq xidməti mərkəzi tərəfindən 468 nəfərə işsizlik statusu verilmişdir. Muzdla işləyənlərin orta aylıq əmək haqqı yanvar-sentyabr aylarında 3.0 faiz artaraq 232.5 manat təşkil etmişdir.
Rayonda dövlət idarəetməsi, maliyyə vasitəçiliyində, elektrik enerjisi, qaz təchizatı, topdan və pərakəndə ticarət, təhsil sahələrində işçilərin əmək haqqı daha yüksək olmuşdur.
Gəlirlərin artması əhaliyə ticarət şəbəkələrindən daha çox istehlak malları almasına və xidmətlərdən daha geniş istifadə edilməsinə zəmin yaratmışdır. Məhz belə şəraitin yaranması nəticəsində hesabat dövründə pərakəndə əmtəə dövriyyəsi 10.8 faiz artaraq 214000 min manat, pullu xidmətlərin həcmi isə 14.6 faiz artaraq 51650 min manata çatmışdır.