Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Region haqqında
İqtisadiyyat

İmişli

ayon iqtisadiyyatının əsasını sənaye və kənd təsərrüfatı məhsulları təşkil edir. Ümumi məhsul burаxılışının həcmi 2003-cü illə müqayisədə 2010-cu ildə 4,3 dəfə artaraq 279,9 milyon mаnаta, sənаyе məhsulunun həcmi 13,8 dəfə artaraq 116,1 milyon manata, kənd təsərrüfаtı məhsulunun həcmi 2.0 dəfə artaraq 76,2 milyon manata, tikinti-quraşdırma işlərinin həcmi isə 54.7 dəfə artaraq 53,2 milyon manata çatmışdır. Rayonda istehsal olunan sənaye məhsulunun 24.9 faizi xarici ölkələrə ixrac olunur. Rayon ərazisində illik istehsal gücü 300-350 min ton olan Şəkər zavodu, Azərbaycan Şəkər İstehsalat Birliyinin Spirt, Bitki yağları, Qarışıq yem zavodları, "Araz" Konservləşdirilmiş Şirələr və Konyak zavodu, Muradxanlı İriləşdirilmiş Neft Mədəni, Xam pambığı emal edən zavod, Ət və ya pendir kombinatları, qum-çınqıl karxanaları, Quşçuluq-broyler fabriki, Damazlıq Yumurta sexləri və bu kimi digər sənaye obyektləri fəaliyyət göstərir.