Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Region haqqında
Təhsil

İmişli

Rayonda 63 ümumtəhsil məktəbi, 4 məktəbdənkənar və 14 məktəbəqədər tərbiyyə müəssisəsi fəaliyyət göstərir. Tədris müəssisələrində 16439 nəfər şagird təhsil alır ki, onların da təlim-tərbiyyəsi ilə 1654 müəllim məşğul olur. Bundan 57 nəfəri hərbi rəhbər, 22 nəfəri psixoloq, 1202 nəfəri ali təhsilli, 353 nəfəri orta-ixtisaslı, 16 nəfəri ümumi orta təhsilli, 4 nəfəri isə natamam ali təhsillidir. Pedaqoji işçilərin 950 nəfərini qadınlar təşkil edir. 2011-ci tədris ilində rayon üzrə 130 nəfər şagird ali məktəblərə qəbul olmuşdur. Son 7 ildə İmişli rayonunda 28 yeni məktəb binası tikilmiş, 9 məktəbdə əsaslı təmir işləri aparılmışdır. Hazırda 1 yeni məktəb binasının tikintisi davam etdirilir, 3 məktəb binasının tikintisi isə nəzərdə tutulmuşdur.