Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Region haqqında
Təhsil

Füzuli

Füzuli rayonunda ümumtəhsil məktəblərinin sayı 81, o cümlədən 1 ibtidai , 5 ümumi orta ,74 tam orta,ümumi saydan Gimnaziya 1.Şagirdlərin sayı 12163 nəfər .
2002-2008 ci illər ərzində 18 yeni məktəb binası tikilib istifadəyə verilmişdir.Bunlardan 8 məktəb binası Qayıdış qəsəbələrində ; 2 saylı Qayidış qəsəbəsində 120 şagird yerlik ,1,3,4,5 saylı Qayıdış qəsəbələrində 135 şagird yerlik 6,7,8 saylı Qayıdış qəsəbələrində 198 şagird yerlik ,Aşağı Alxanlı kəndində 132 şagird yerlik,Araz Dilağarda kəndində 120 şagird yerlik,Qarabulaq kəndində 180 şagird yerlik ,Aşağı Alxanlı kəndində ( Kolluda ) 80 şagird yerlik,Sumqayıt şəhərində 90 şagird yerlik və Zobucuq qəsəbələrinin hər birində 288 şagird yerlik 5 məktəb binası tikilib istifadəyə verilmişdir.
2012-ci il ərzində 4 saylı Qayıdış qəsəbəsində 135 şagird yerlik , Gecəgözlü kəndində 80 şagird yerlik tam orta məktəb əsaslı bərpa olunaraq, Ücbulaq kəndində 80 şagird yerlik və Horadiz şəhərində Heydər Əliyev fondunun hesabına 240 şagird yerlik tam orta məktəb tikilərək istifadəyə verilmişdir. 2011 - 2012- ci tədris ilində XI sinfi bitirmiş şagirdlərdən 401 nəfər ali məktəblərə sənəd vermiş, onlardan 204 nəfəri tələbə adını qazanmışdır.
Ümumi təhsil bazasından 297 nəfər TQDK-ya sənəd vermiş,bunlardan 112 nəfəri ölkənin müxtəlif orta ixtisas məktəblərinə daxil olmuşdur.
Ümumiyyətlə , 2012-ci ildə məzunlarımızın 316 nəfəri ali və orta ixtisas məktəblərinə daxil olaraq tələbə adını qazanmışdır.Ali məktəblərə daxil olmuş məzunlardan 3 nəfəri 600 baldan yuxarı,12 nəfəri 500 baldan yuxarı,30 nəfəri 400-500 bal arası ,77 nəfəri 300-400 bal arası ,82 nəfəri isə 300 bala qədər toplamışdır.
Rayon Təhsil Şöbəsi RİH - ilə birlikdə 7 sentyabr 2012 ci ildə Horadiz şəhərindəki Muğam evində ali məktəblərə qəbul olan məzunlarla görüş kecirilmiş,bu görüşdə yüksək balla ali məktəblərə daxil olmuş 15 nəfər məzuna RTŞ - nin Fəxri Fərmanı ,qiymətli hədiyyələri və pul mükafatı ,digər tələbə adını qazanmış məzunlara isə Fəxri Fərmanlar verilmişdir.
2011-2012 ci dərs ilində aşağıda adları qeyd olunan məktəblilərimiz Respublika üzrə kecirilən müxtəlif yarış və müsabiqələrin qalibləri olmuşlar:
Heydər Əliyevin anadan olmasının 89-ildönümü münasibətilə kecirilmiş inşa yazı müsabiqəsinin qalibi 33 № li tam orta məktəbin IX sinif şagirdi Şirinova Aytac Bakir qızı, Azərbaycan Respublikası fənn olimpiadasının Azərbaycan dili və Ədəbiyyatı üzrə qalibi Horadiz şəhər 2№ li tam orta məktəbin X sinif şagirdi İsayeva Nuranə Rüstəm qızı ,Azərbaycan tarixi fənni üzrə qalib Böyük Bəhmənli kənd 1№ li tam orta məktəbin IX sinif şagirdi Agazadə Elvin Nazim oğlu,Biologiya fənni üzrə qalib Ücbulaq kənd tam orta məktəbin IX sinif şagirdi Əsədzadə Anaxanım Kamandar qızı yüksək nəticəyə nail olmuşlar.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə kecirilmiş "Xocalı faciəsi məktəblilərin gözü ilə" rəsm müsabiqəsində qalib gəlmiş 6№ li məktəbin IV sinif şagirdi Səfixanova Vəfa Vüqar qızı və Horadiz şəhər 2№ li tam orta məktəbin X sinif şagirdi İsayeva Nuranə Rüstəm qızının əl işləri Moskva şəhərinə göndərilmişdir.
" Azərbaycanı sev və öyrən" Respublika turist-diyarşünaslıq ekspedisiyasına aid kecirilən müsabiqədə II yeri rayonun 4 № li tam orta məktəbin XI sinif şagirdi Aslanzadə Aytac Əbülfəz qızı
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə bağlı ümumtəhsil məktəblərinin zona üzrə kecirilən xalq çalğı alətləri nominasiyasında II yeri M.Xəzani adına musiqi təmayüllü internat tipli gimnaziyanın şagirdi Şamıyev Elcin Arif oğlu tutmuşdur.
Bu il Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi ixtisasa uyğun qəbul imtahanlarından 20 nəfər müvəffəqiyyətlə kecmiş və işə qəbul olunmuşdur.Bunlardan üç nəfəri H-1,bir nəfəri isə H-2 həvəsləndirmə imtiyazı qazanmışdır.