Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Region haqqında
Mədəniyyət

İmişli

           2017-ci il ərzində rayonun Mədəniyyət müəssisələrində əlamətdar və bayram günləri,tarixi hadisələr və yubileylərlə bağlı müxtəlif mədəni-kütləvi tədbirlər, konsertlər və başqa tədbirlər hazırlanıb həyata keçirilmişdir.

           Mədəniyyət müəssisələrində 20 yanvar-faciəsinin  27- ci il dönümü ilə əlaqədar “Qanlı yanvar”, “Azadlıqa gedən yol”, “Ağla qərənfilim, ağla”, 26 fevral- Xocalı faciəsinin   25-ci il dönümü ilə əlaqədar  “ Xocalı Soyqırımı ”, “Xocalı faciəsi”,    “Xocalı şəhidləri”, “Xocalının haqq səsi”,  “31 mart- Azərbaycanlıların soyqırm günü”  ilə bağlı olaraq sərgilər, şəkillərdən ibarət foto stendlər, dəyirmi masalar, anım mərəsimləri, məktəblilərin ifasında ədəbi-bədii kompozisiyalar, sənədli filimlər nümayiş etdirilmiş, abidələrin önünə tər çiçəklərin düzülüşü təşkil olunmuşdur.

           Bundan başqa “Yeni il, yeni arzular”, “Gənclik gözəllikdir”, 2 fevral - Gənclər günü, 8 mart- Beynəlxalq qadınlar günü, “Yurdumuza bahar gəlir, elimizə yaz gəlir”, Novruz bayramı ,  2 may 2017- ci il tarixdə Heydər Əliyevin anadan olmasının  94 – cü ildönümünə həsr edilmiş “Sən elə bir zirvəsən” adlı kitab bayramı, 9 may - Qələbə günü , 10 may – Heydər Əliyevin anadan olmasının 94 – cü ildönümünə həsr edilmiş tədbir,  28 may - Respublika günü, “Uşaqlar bizim gələcəyimizdir”  1 iyun- Uşaqların beynəlxalq müdafiəsi günü, 15 iyun - Milli Qurtuluş günü, 26 iyun - Silahlı Qüvvələr günü, 15 sentyabr - Bilik günü, Yerli və xarici kinoların nümayişləri, 18 sentyabr - Milli musiqi günü , 18 oktyabr - Müstəqillik günü, 9 noybar - Byaraq günü, 12 noyabr - Konstitusiya günü, 17 noyabr - Milli dirçəliş günü, 12 dekabr - ümummilli lider Heydər Əliyevin anım günü, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü, yazçı Fərman Kərimzadənin 80 illiyi, Nasir Manaf Süleymanovun 105  illiyi , şair Məmməd Rahimin 110 illiyi, Əhməd Cavadın 125 illiyi, Mirzə Fətəli Axundovun 205 illiyi, Şah İsmayıl Xətayinin 530 illiyi, Molla Pənah Vaqifin 300 illiyi münasibəti ilə kitab sərgiləri, kitab müzakirələri, söhbətlər, görüşlər, ədəbi-bədii gecələr, dəyirmi masalar, konsert proqramları və kütləvi tədbirlər hazırlanıb həyata keçirilmişdir. 

 

77.5 KB