Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Region haqqında
Mədəniyyət

Beyləqan

          Rayonda  əhalinin asudə vaxtlarının səmərəli təşkil etmək üçün rayonu mədəni – maarif müəssisələrinin  kollektivləri  hesabat dövrü ərzində Tədbirlər  planına uyğun olaraq konsertlər, ədəbi-bədii gecələr, məruzə və mühazirələr təşkil etmiş, tarixi günlər, əlamətdar hadisələr geniş surətdə qeyd  edilməklə  bir çox  irimiqyaslı mədəni-kütləvi tədbirlər hazırlanaraq geniş ictimaiyyət qarşısında nümayiş etdirilmişdir.

 Belə ki,  hər il mütəmadi olaraq keçirilən  Yeni İl şənlikləri, 8 mart –Beynəlxalq Qadınlar günü  və Novruz bayramları ilə əlaqədar keçirilmiş tədbirlər  özünün  kütləvililiyi ilə digər tədbirlərdən daha çox  fərqləndiyi üçün bu səpkidə keçirilən tədbirlərə Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin Beyləqan rayon nümayəndəliyi, həmçinin rayon İcra Hakimiyyəti tərəfindən daha çox diqqət və qayğı göstərilir.

                   Tarixi günlərdə və bayramlarda vətənimizin  keşikçisi olan əsgər və zabitlər daim diqqət mərkəzində olduğu üçün rayonun incəsənət işçiləri hesabat dövrü ərzində əsgərlər qarşısında  30-dan artıq konsert proqramları ilə çıxış etmişlər.

          Yay aylarında hər həftənin bazar günləri rayonun Mədəniyyət və İstirahət parkında təşkil edilən konsert və tamaşalara təkcə rayon deyil digər yerlərdən də tamaşaçılar gəlir ki, bu da  tədbirlərin effektini daha da artırır.

                   Parkda hər il ulu öndər  Heydər Əliyevin ad günü münasibətilə ümumrayon toplantısı və bayram şənlikləri də təşkil edilir.

                   Ümumiyyətlə hesabat dövrü ərzində geniş əhali kütləsi qarşısında verilmiş konsert  və tamaşalar dinləyicilər tərəfindən daim  rəğbətlə qarşılanmışdır. 

                   Bu müddət ərzində Respublika Mədəniyyət və Turizm Nazirliyi tərəfindən  təşkil edilən  müsabiqə və festivallarda rayonun mədəniyyət işçiləri uğurla çıxış etmişlər. Mədəniyyət sahəsində xüsusi qabiliyyəti olan uşaqların axtarılıb tapılması sahəsində  də son illər bir çox məqsədyönlü işlər görülmüşdür. Bu məqsədlə mütəmadi olaraq müsabiqələr təşkil edilmiş, onların ən istedadlılarının Respublika səviyyəli müsabiqələrdə iştirakı təmin edilmişdir.

                   Rayonun bütün mədəni-maarif müəssisələrində  tarixi hadisələr,  rəsmi dövlət  tədbirləri, el bayramları ilin əvvəlində təsdiq  olunmuş Tədbirlər planı əsasında    həyata  keçirilmiş, Azərbaycan Respublikası Prezidentinin xarici ölkələrə səfərlərinə, onun xarici  ölkələrin dövlət başçıları ilə keçirdiyi görüşlər və səfərləri barədə geniş təbliğat işi aparılmışdır.

                   8 mart - Beynəlxaq Qadınlar günü  münasibəti ilə rayon Mədəniyyət Mərkəzində “Bayramınız mübarək əziz qadınlar” adlı ədəbi-bədii kompozisiya, 7 mart 2017-ci il tarixində “Kral” şadlıq sarayında bayram tədbiri,  9 may faşizm üzərində qələbənin 72-ci ildönümü  münasibəti ilə rayon Mədəniyyət Mərkəzində “Biz sizdən öyrəndik qəhrəmanlığı” adlı ədəbi-bədii  kompozisiya, Tarix-diyarşünaslıq muzeyində “Əsgər məktubunun izi ilə” adlı tədbir, rayon MKS-də “Böyük Vətən müharibəsi unudulmaz səhifədir” adlı dəyirmi masa,  10 may Ümummmilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə rayon Mədəniyyət Mərkəzində “Nəsillərə örnək şəxsiyyət” adlı mühazirə, Heydər Əliyev Mərkəzində “Heydər Əliyev – liderlikdən umummilli liderliyə gedən yol” adlı elmi-praktik konfrans, rayon Tarix-diyarşünaslıq muzeyində “Heydər Əliyev və Beyləqan” adlı elmi-nəzəri konfrans, rayon MKS də “Əbədi müstəqillik tarixi yazan lider” adlı dəyrimi masa və foto-stend,  28 may - Respublika  günü  münasibəti  ilə  rayon MKS-də “Bir kərə yüksələn bayraq bir daha enməz” adlı məruzə, rayon Mədəniyyət Mərkəzində rayon Uşaq Musiqi Məktəbinin ansamblının iştirakı ilə “Günü-gündən çiçəklənən Respublikamız” adlı ədəbi-bədii kompozisiya, rayon H.Əliyev Mərkəzində “Tariximizin qürür səhifəsi” adlı ədəbi-bədii gecə, 1 iyun -  Uşaqların Beynəlxalq  müdafiəsi günü ilə əlaqədar bütün mədəniyyət müəssisələrində  “Gül üzlü, gülər üzlü uşaqlar” adlı mövzuda ədəbi-bədii  gecə, 15 iyun - Milli Qurtuluş günü  manasibəti ilə  “Yaşar Heydər dühası” adlı  ədəb - bədii kompozisiya, H.Əliyev Mərkəzində “Milli Qurtuluşdan başlanan tarix” adlı elmi-praktik konfrans, 26 iyun - Azərbaycan Silahlı  Qüvvələr günü ilə əlaqədar “Mil” xalq çalğı alətləri ansamblının və rayon Uşaq Musiqi Məktəbinin ansamblının əsgər və zabitlər  qarşısında konsert proqramları ilə çıxışları təşkil edilmişdir.

                   Tədbirlər  planına uyğun olaraq əlamətdar günlər, tarixi  hadisələr və  yubileylərlə əlaqədar  mütəmadi olaraq  konsertlər, ədəbi-bədii gecələr, kompozisiyalr, məruzələr, mühazirələr, dəyirmi masalar, elmi praktiki konfranslar, söhbətlər keçirilmişdir.

                   Belə ki, 20 yanvar faciəsinin  27–ci ildönümü münasibəti ilə  “Dünyamızın 20 yanvar faciəsi” adlı anım mərasimləri, 20 fevral 2017- ci il tarixdən 26 fevraladək Xocalı  faciəsinin  25-ci ildönümünə həsr olunmuş “25 il cəzasız  qalmış  cinayət” mövsusunda  foto-sərgi və ədəbi-bədii tamaşa, 25 fevral 2017-ci il tarixdə Xocalı faciəsinin   25 – ci ildönümünə həsr olunmuş “ Əsrin ən böyük faciəsi” adlı ədəbi-bədii kompozisiya. 29 mart 2017- ci il tarixdə 31 mart Azərbaycanlıların  soyqırımı günü ilə bağlı  “ Tarixin qan yaddaşı”  adlı dəyirmi masa 31 mart 2017- ci il tarixdə isə anma mərasimi, 02 aprel 2017- ci il  tarixdə Kəlbəcər  rayonunun  erməni  qəsbkarları  tərəfindən  işğalının  ildönümü  münasibəti ilə anım mərasimi, 7 may 2017- ci il tarixdə Şuşa  rayonunun  işğalının  ildönümü münasibəti ilə  “O yurd bizi,  səsləyir” adlı anım mərasimi, 18 may 2017- ci il  tarixdə Laçın  rayonunun işğal günü ilə əlaqədar “ Dur ayağa, vətən oğlu” adlı anım mərasimi, 23 iyul 2017 - ci il tarixdə Ağdam rayonunun  işğalının  24- cü ildönümü ilə bağlı anım mərasimi və sair tədbirlər həyata keçirilmişdir.

           19 mart 2017-ci il tarixdə  Novruz bayramı münasibəti ilə  “Xonçalı Novruz gəlir” teatrlaşdırılmış el şənliyi  keçirilmişdir. 26 may 2017 - ci il tarixdə 28 may Azərbaycan  Xalq Cümhuriyyətinin  yaranmasının  99- cu ildönümünə  həsr olunmuş “Yaşa Azərbaycan” adlı ədəbi-bədii kompozisiya, 15 iyun 2017-ci il tarixdə Milli Qurtuluş günü münasibəti ilə (1993) “Xalqın xilaskar oğlu” adlı ədəbi-bədii kompozisiya, 01 fevral 2017- ci il  tarixdə Gənclər günü münasibəti ilə  “ Gənclər cəmiyyətimizin aparıcı qüvvəsidir” adlı mövzuda mühazirə, 21 fevral 2017- ci il  tarixdə Beynəlxalq Ana dili günü münasibəti ilə “Ülvi saf bir məhəbbətlə sevək doğma ana dilimizi” adlı  elmi  praktiki konfrans, 02  mart  2017- ci il tarixdə   Azərbaycanın   BMT-yə qəbul olması günü münasibəti ilə “ Hər ölkədən səsi gəlsin xalqımın” adlı mövzuda söhbət, 8 mart 2017- ci il tarixdə 8 mart Beynəlxalq Qadınlar günü  münasibəti ilə  “Adın şərəflidir sənin ey qadın” adlı ədəbi-bədii kompazisiya, 10 mart Milli teatr günü   münasibti ilə  “Milli tetrlarımız bu gün” adlı mövzuda söhbət, 7 aprel 2017- ci il  Ümumdünya sağlamlıq  günü ilə əlaqədar “ Sağlam və mənalı ömür sürmək gərək” adlı söhbət, 15 aprel 2017-ci il tarixdə Mədəniyyət günü münasibəti ilə “ Mədəniyyəti  inkişaf edən dövlətimizin amalı sülhdür” adlı mühazirə, 18 aprel  2017- ci il  tarixdə Tarixi Abidələrin  Mühafizəsi günü  münasibəti ilə

“Tarixi Abidələrimizi mühafizə etmək hər birimizin  vətəndaşlıq borcudur” adlı söhbət, 17 iyun 2017-ci il tarixdə  səhiyyə işçiləri günü münasibəti ilə “Sağlamlığımızın  keşikçiləri” adlı söhbət, 02 iyul  2017- ci il tarixdə Azərbaycan Polisi  günü münasibəti ilə  tədbir keçirilmişdir, 22 iyul 2017-ci il tarixdə Milli Mətbuat və Jurnalistika günü ilə əlaqədar Mədəniyyət Mərkəzində “Mətbuat günün nəbzidir”adlı mövzuda dəyirmi masa, MKS-də “Azərbaycanın milli mətbuatı”adlı kitab və foto sərgi, 01 avqust 2017-ci il tarixdə Azərbaycan Əlifbası və Azərbaycan dili günü münasibəti ilə Mədəniyyət Müəssisələrində  “Dil hər bir xalqın mənəvi sərvətidir” adlı mövzuda dəyirmi masalar, 02 avqust 2017-ci il tarixdə Azərbaycan Kinosu günü münasibəti ilə “Kino tarixi keçmişi yaşadan mənbədir” adlı mövzuda dəyirmi masalar,  15 sentyabr 2017-ci il tarixdə Bilik günü münasibətilə mədəni-maarif müəssisələrində “Yeni dərs iliniz mübarək” adlı tədbir, 18 sentyabr 2017-ci il tarixdə Milli Musiqi günü ilə əlaqədar MKS-də “Əsərlərin yadigarı-bizim milli musiqimiz” adlı foto sərgi, Uşaq Musiqi məktəbinin və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə konsert proqramı, 21 Sentyabr 2017-ci il tarixində Beynəlxalq Sülh günü ilə əlaqədar rayon Tarix-Diyarşünaslıq Muzeyi “Bəşəriyyətə sülh” adlı elmi-nəzəri konfrans, MKS-də “Davamlı sülh-ümumbəşəri dəyərdir” adlı dəyrimi masa, Mədəniyyət Mərkəzində “Zamanın arzusu” adlı  dəyirmi masa, 27 sentyabr - Beynəlxalq Turizm günü ilə əlaqədar Mədəniyyət müəssisələrində də “Beyləqan və Turizm” adlı dəyrimi masalar keçirilmişdir.

         18 oktyabr - Dövlət Müstəqilliyi günü münasibəti ilə Mədəniyyət Mərkəzində  “Dövlət Müstəqilliyi Azərbaycan xalqının Milli sərvətidir” adlı ədəbi-bədii bayram tədbiri, MKS-də “Mübarizələrdən keçən yol” adlı dəyrimi masa və foto-stend, Tarix-diyarşünaslıq muzeyində “Azadlıq qürurumuzdur” adlı elmi-nəzəri konfrans, 21 oktyabr 2017-ci il tarixdə Mədəniyyət Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının (21.10.1992) 25 illiyi ilə əlaqədar “YAP 25” adlı tədbir keçirilmişdir.

          9 noyabr - Azərbaycan Bayrağı günü münasibətilə Mədəniyyət Mərkəzində “Daim zirvələrdə dalğalanan bayrağım” adlı tədbir,  Tarix-diyarşünaslıq muzeyində “Yenidən dalğalanan bayrağımız” adlı elmi-nəzəri konfrans, MKS-də "Bayrağımız həmişə uca olsun” adlı dəyrimi masa keçirilmiş ümumrayon tədbirində rayon Uşaq Musiqi məktəbinin Xor kollektivi konsert proqramı ilə çıxış etmişdir. 12 noyabr 2017-cı il tarixdə Konstitusiya günü münasibəti ilə Mədəniyyət Mərkəzində “Konstitusiyamız Dövlətçiliyimizin əsasıdır” - adlı mühazirə, MKS-də “Dünyəvi dəyərlərə xidmət edən Konstitusiya” adlı tədbir, 17 noyabr 2017-cı il tarixdə Milli Dirçəliş günü münasibəti ilə Tarix-diyarşünaslıq muzeyində “Qalx ayağa Azərbaycan” adlı elmi-nəzəri konfrans, MKS-də “17 noyabr milli birliyimizin əsasını qoydu” adlı dəyrimi masa, Mədəniyyət Mərkəzində “Dirçəlişdən başlayıb Müstəqilliyə gedən yol” - adlı elmi praktiki konfrans keçirilmişdir.

          12 dekabr 2017 – ci il tarixdə dahi şəxsiyyət, ümummilli lider Heydər Əlirıza oğlu Əliyevin  anım günü ilə əlaqədar Mədəniyyət Mərkəzində “Ömrünü xalqına bəxş edən şəxsiyyət” adlı tədbir, Tarix-diyarşünaslıq muzeyində “Siyasi lider Heydər Əliyev” adlı elmi-nəzəri konfrans, Heydər  Əliyev Mərkəzində “Azərbaycanın özü qədər əbədi dahilik zirvəsi “ adlı elmi-praktik konfrans keçirilmişdir.

           31 dekabr - Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə Mədəniyyət Mərkəzinin və Uşaq Musiqi məktəbinin birgə təşkilatçılığı ilə  “Arzu təzə, il təzə”adlı bayram tədbiri, MKS-də “Həmrəylik-möhkəm birlik, böyük qüvvədir” adlı dəyrimi masa, bütün mədəni-maarif müəssisələrində bayram şənlikləri keçirilmişdir.

           Ümumiyyətlə  hesabat dövrü ərzində Kürdəmir Regional Mədəniyyət və Turizm idarəsininBeyləqan rayon nümayəndəliyində  əhaliyə göstərilən mədəni xidmətin səviyyəsi xeyli yüksəlmiş, keçirilən tədbirlərin effektliyi artmışdır.