Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Xudanlı Faiq Elman oğlu

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Rəis

1981-ci ildə Füzuli rayonunda anadan olub. 2002-ci ildə Bakı Dövlət Universitetinin “Fəlsəfə” ixtisası üzrə bakalavr, 2004-cü ildə “Sosial fəlsəfə” ixtisası üzrə magistr pilləsini bitirib. 2006-2009-cu illərdə AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun aspirantı olub. Əmək fəaliyyətinə 2009-cu ildə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzdə bölmə müdiri kimi başlayıb. 2009-2011-ci illərdə BDU-da akademik məsləhətçi kimi fəaliyyət göstərib. 2011-2021-ci illərdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Aparatında müxtəlif vəzifələrdə çalışıb. 2018-ci ildən BDU-da pedaqoji fəaliyyət göstərir. Fəlsəfə üzrə fəlsəfə doktorudur. Bir monoqrafiyanın, yerli və xarici elmi jurnallarda dərc olunmuş 20 elmi məqalənin müəllifi, 1 kitabın tərcüməçisi və 5 kitabın redaktoru və tərtibatçısıdır.