Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Əhmədov Ramil Bayram oğlu

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Baş məsləhətçi (Xocavənd rayonu üzrə)

Əhmədov Ramil Bayram oğlu 1 yanvar 1994-cü  ildə Bərdə şəhərində anadan olub. 2000-2011-ci illərdə Şuşa rayon Malıbəyli kənd 2 saylı orta məktəbdə təhsil alıb. 2006-2011-ci illərdə Şuşa rayonu Malıbəyli kənd uşaq musiqi məktəbində musiqi təhsili alıb.   2015-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. 2013 və 2014-cü illərdə universitetin ictimai və mədəni həyatındakı uğurlarına görə “İlin Ən Yaxşı Tələbəsi” fəxri adına layiq görülüb. 2013-cü ildə Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilib, həmin il Azərbaycan Respublikası Prezidentinin gənc yazarlar üçün “Prezident Təqaüdü”nə layiq görülüb. 2013-2014-cü illərdə “525-ci qəzet”in mədəniyyət müxbiri olaraq işləyib. 2014-cü ildə Azərbaycan Yazıçılar Birliyinin 21 nəfərdən ibarət Gənclər Şurasına üzv seçilib.   2015-ci ildə ədəbiyyat sahəsindəki uğurlarına görə Gənclər və İdman Nazirliyinin “Gənclər Mükafatı”na layiq görülüb.   2015-ci ildə “Zaman Tuneli” kitabı Azərbaycan Yazıçılar Birliyinin layihəsi olan “AYB Kitab” seriyasından nəşr olunub. Həmin kitab 2020-ci ildə Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” layihəsi çərçivəsində Türkiyədə nəşr olunub. 2018-ci ildə ədəbi analtik esselərdən ibarət “İki şəhərin yazıları” adlı kitabı işıq üzü görüb. 2015-2018-ci illərdə “Yunus Əmrə Türk Dili Təqaüd Proqramı”nı qazanaraq Memar Sinan Gözəl Sənətlər Universitetinin Türk Dili və Ədəbiyyatı ixtisası üzrə magistr təhsili alıb. 2017-ci ildə Avrasya Yazarlar Birliyinin təşkil etdiyi “Türk Dünyası Gənc  Yazarların Görüşü”, 2020-ci ildə Makedoniyada keçirilən “VI Yəhya Kamal Beyatlı Şeir Festivalı”nda ölkəmizi təmsil edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 fevral 2021-ci il sərəncamıyla Gənclər üçün Prezident Mükafatına layiq görülüb. 2021-ci ildə Mədəniyyət Nazirliyinin “Vətənpərvərlik mövzusunda ədəbiyyat müsabiqəsi”nin esse janrı üzrə qalibi olub. Azərbaycan və Türkiyənin müxtəlif dil və ədəbiyyat araşdırmaları jurnallarında Azərbaycan, Türk və dünya ədəbiyyatlarına dair bədii və elmi məqalələri, tərcümə və müsahibələri işıq üzü görüb. Bir çox elmi araşdırmalarıyla nüfuzlu təhsil müəssisələrinin təşkil etdiyi konfranslarda məruzələr edib.