Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

ŞƏHİD BAŞ LEYTENANT HAQQINDA SƏNƏDLİ FİLM NÜMAYİŞ EDİLDİ

25.08.2021

  Avqustun 25-də İmşli rayon Mədəniyyət Mərkəzində Vətən müharibəsində qəhrəmnancasına şəhid olan və ölümündən sonra “İgidliyə görə” , “ Füzulinin azad edilməsinə görə” , “Qubadlının azad edilməsinə görə”  medalları ilə təltif edilən baş leytenant Cavid Səfərlinin həyat yolundan bəhs edən “Qəhrəmanlıq yolu” adlı sənədli film nümayiş olundu. 

Əvvəlcə şəhidlərimiz bir dəqiqəlik sukutla yad edildi. Sonra İmişli rayon Mədəniyyət Mərkəzinin direktoru Sərvər Şirinov, mərkəzin metodisti Yeganə Gülalıyeva və Qaradonlu kənd klubunun müdiri Valah Həşimov şəhidin keçdiyi həyat yolundan və göstərdiyi qəhrəmanlıqlardan danışaraq tədbir iştirakçılarına məlumat verdilər. Sonda  sənədli film nümayiş olundu. Qeyd edək ki, filmin  ssenarisinin müəllifi Xəqani Əliyev, qurluşçu rejissoru isə Əli Mikayılovdur.