Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

QALİB AZƏRBAYCAN XALQI

30.08.2021

Bu gün Azərbaycan dövləti və xalqımız artıq yeni bir mərhləyə qədəm qoyub. Ölkəmiz ən şanlı, qürurlu və fəxarət dolu günlərini yaşayır. Bildiyimiz kimi Prezident cənab İlham Əliyev uzun illər Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həll olunmasına çalışsa da son dövrlərdə baş verən proseslər bunun mümkün olmadığını göstərdi. Cənab Prezident həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə çıxışlarında həmişə münaqişənin sülh yolu ilə həll edilməsinə tərəfdar olduğunu dəfələrə bildirmişdi. 30 il ərzində sülh danışıqlarının nəticəsiz qalması, Ermənistanın isə ilbəil işğalçılıq siyasətini genişləndirmək istəyi və bu istiqamətdə təxribatları regionda müharibənin başlamasına gətirib çıxardı. Sentyabrın 27-si başlayan və 44 gün davam edən müharibə Azərbaycanın qələbəsi, Ermənistanın kapitulyasiyası ilə nəticələndi. 30 ilə yaxın sürən yurd, torpaq həsrətinə son qoyan zəfər bizi Azərbaycan Respublikasının torpaq bütünlüyünün təmin edən, işğal altındakı bütün əraziləri üzərində suverenliyinin bərqərar olunduğu o böyük günə çatdırdı. Artıq müstəqil Azərbaycan Respublikasının güclü ordusu, məğrur xalqı və bütün dünyada böyük nüfuzu var. Bu uğurların qazanılmasında Azərbaycan Ordusunun, onun şəxsi heyətinin misilsiz xidmətləri danılmazdır. Qeyd etmək lazımdır ki, II Qarabağ müharibəsində iştirak edən Azərbaycan Ordusunun bir çox gənc zabit, gizir və əsgərləri həmin ərazilərdə ilk dəfə idi vuruşurdular. Ermənistan ordusu isə artıq coğrafiyaya çox yaxı bələd idi.Lakin buna baxmayaraq qəhraman ölkəmizin igid döyüşçülərinin qələbə əzmi, ciddi nizam-intizamı və ağıllı hərbi taktikası öz sözünü dedi. Müzəffər Azərbaycan ordusu qarşıya qoyulmuş vəzifənin öhdəsindən məharətlə gələrək torpaqlarımızı işğal altından azad etdi. Şanlı ordumuz tərəfindən ərazi bütövlüyümüzün bərpası eyni zamanda tarixi ədalətin bərpası idi. Haqq-ədalət uğrunda mübarizə aparan ordu mütləq qalib gəlməli idi. Uzun illər ərzində biz bu amalla yaşamışdıq. Azərbaycan xalqı hər zaman torpaqlarımızın işğaldan azad olunması mübarizəsinə tam hazır idi. 44 gün ərzində isə bu dərsi Şanlı Ordumuz tarix yazaraq verdi. Azərbaycanın qəhrəman əsgər və zabitləri öz canları və qanları bahasına torpaqlarımızı düşmən işğalından azad etdilər. Azərbaycan əsgəri dünyaya bir qəhrəmanlıq nümunəsi göstərdi. Azərbaycan ordusu dünya hərb elminə yeni strategiyalar, yeni taktikalar gətirdi. Bütün dünya mediyası ordumuzun Qarabağdakı hərbi əməliyyatlarda istifadə etdiyi yeniliklərdən, hərbi taktikalardan, strategiyalardan danışır. Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar həm texniki imkanlar, həm də operativ addımlar əməliyyatın hazırlanması və icra edilməsi baxımından bütün dünyanın hərbi mütəxəssisləri tərəfindən öyrənilir. Bu yeni nəsil müharibə üsulu idi. Cənab Prezident İlham Əliyev ötən 17 il ərzində Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılması, iqtisadiyyatmızın gücləndirilməsi, Azərbaycanın böyük enerji layihələrin təşəbbüskarı kimi çıxış etməsi və bu layihələrin reallaşdırılması, Azərbaycanın nəqliyyat və logistika dəhlizinə çevrilməsi istiqamətində böyük işlər gördü. O cümlədən ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi dövründə vətənpərvər gənclərin yetişdirilməsi və ümumilikdə cənab Prezidentin bütün platformalarda Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində apardığı məqsədyönlü siyasət, bütün beynəlxalq təşkilatlarda ərazi bütövlüyümüzü tanıyan sənədlərin qəbul edilməsi, ordu quruculuğu, xalq-iqtidar birliyi torpaqlarımızın işğaldan azad edilməsini təmin etdi. Artıq Azərbaycan xalqı qalib xalqdır. Azərbaycan Prezidenti öz müdrik siyasəti, qətiyyəti ilə status-kvonu dəyişdirdi, təmas xəttini darmada¬ğın etdi. Haqq işində Azərbaycan xalqının birliyi, qalib Prezidentinə və qəhrəman Azərbaycan Ordu¬suna inamı bu tarixi qələbəni real-laşdırdı. Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bir daha təsdiq etdi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə hər il noyabırın 8-i “Zəfər Günü” kimi dövlətimiz və xalqımız tərəfindən təntənəli şəkildə qeyd ediləcək. Bu zəfər şəhid ruhlarının qələbəsi, qalib Azərbaycan əsgərinin rəşadət nümunəsi olaraq tarixlərə yazılacaq. Gültəkin Seyidova