Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

ƏMƏKDAŞIMIZ ŞUŞADA KEÇİRİLƏN VAQİF POEZİYA GÜNLƏRİNDƏ İŞTİRAK EDİB

01.09.2021

Regional İdarənin Xocavənd rayonu üzrə nümayəndəsi (baş məsləhətçi), tanınmış yazar, ədəbiyyatşünas Ramil Əhmədov Şuşada keçirilən Vaqif Poeziya Günlərində iştirak edib. Poeziya günlərinin açılışında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak ediblər. Tədbir iki gün davam edib. İki gün ərzində şairlər şeirlərini səsləndiriblər. Bundan başqa Vaqif Poeziya Günləri çərçivəsində "Ədəbi müstəvidə Qarabağın dünəni və bu günü" mövzusunda simpozium da keçirilib.

Qeyd edək ki, ötən il Mədəniyyət Nazirliyinin elan etdiyi vətənpərvərlik mövzusunda ədəbi müsabiqədə Ramil Əhmədov "Şuşaya Məktub" adlı essesiylə qalib olub. O, ədəbiyyat sahəsindəki fəaliyyətinə görə 2013-cü ildə Prezident Təqaüdünə, 2021-ci ildə isə Prezident İlham Əliyevin Sərəncamı ilə Prezident Mükafatına layiq görülüb. Onun  valideynləri Şuşa şəhərində təhsil alıblar. 30 il sonra valideynlərinin böyüyüb başa çatdığı, ölkəmizin mədəniyyət paytaxtı Şuşada keçirilən ədəbiyyat festivalına dəvət edilən əməkdaşımızı təbrik edir, uğurlar arzulayırıq!