Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

FÜZULİ RAYON MƏDƏNİYYƏT MÜƏSSİSƏLƏRİNƏ BAXIŞ KEÇİRİLDİ

15.09.2021

Sentyabrın 14-də Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı Füzuli rayonun bir sıra mədəniyyət müəssisələrinə baxış keçirdi. Əvvəlcə Füzuli rayon Böyük Bəhmənli kənd Uşaq Musiqi Məktəbi, Qarabağ kənd Uşaq Musiqi Məktəbi və Horadiz kənd Uşaq Musiqi Məktəbinin fəaliyyəti dəyərləndirildi. Musiqi məktəblərinin yeni dərs ili üçün gördüyü hazırlıqlarla yaxından maraqlanan idarə rəisi məktəbin müəllim kollektivi ilə geniş iclas keçirdi, dərslərin keyfiyyətinin yüksəldilməsi, dərslərin pandemiya dövrünə uyğun şəkildə qurulması məsələsini qeyd etdi, pedaqoji fəaliyyətlə məşğul olanların COVİD-19 əleyhinə vaksin vurdumasına dair maarifləndirici çıxış etdi.

Daha sonra Füzuli rayon Böyük Bəhmənli kənd 1 və 2 nömrəli kitabxana filialları, Böyük Bəhmənli kənd Mədəniyyət Evinin fəaliyyəti ilə tanış olundu. Müəssisələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, sənədləşmə işlərinin müvafiq qaydalara uyğun tənzimlənməsi, kitabxana fondunun zənginləşdirilməsi, oxuculara xidmət səviyyəsinin yaxşılaşdırılması ilə bağlı tapşırıq və göstərişlər verildi.

Sonda Regional İdarənin Füzuli rayonu üzrə nümayəndəsi Elşad Cəfərovun və müəssisə rəhbərlərinin fikirləri dinlənildi, mədəni xidmət işinin təşkili və inkişafına dair onları maraqlandıran suallar idarə rəisi tərəfindən cavablandırıldı.