Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Nizami Gəncəvinin əsərlərinin el variantları” kitabının təqdimatı olacaq

07.10.2021

 

Kürdəmir Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə yazar Fərid Hüseynin tərtib etdiyi “Nizami Gəncəvinin əsərlərinin el variantları” kitabı nəşr olunmuşdur. Kitabda Nizami Gəncəvinin əsərlərinin folklorda əks olunan nümunələri toplanıb. Nəşrin layihə rəhbəri və ön sözün müəllifi Regional İdarənin rəisi Faiq Xudanlı, təqdimat yazısının müəllifi AMEA-nın Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, professor Seyfəddin Rzasoy, məsləhətçi isə Ramil Əhməddir.

Mədəniyyət Nazirliyinin təşkil etdiyi VII Beynəlxalq Bakı Kitab Sərgisində “Nizami Gəncəvinin əsərlərinin el variantları” kitabının təqdimatı keçiriləcək.

8 oktyabr saat 13:20-da başlayacaq tədbir hər kəsin iştirakına açıqdır.