Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Yarımçıq qalmış arzular” adlı dəyirmi masa keçirildi

07.10.2021

 

Oktyabrın 7-də Beyləqan rayon Heydər Əliyev Mərkəzində 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Yarımçıq qalmış arzular” adlı dəyirmi masa keçirildi. Tədbirdə şəhid Quliyev Vasifin, Dadaşzadə Mahirin, Əsədov Turalın, Abdullayev Nurlanın, İsmayılov İlqarın, Hacıyev Zamiqin həyat yoldaşı və Mərkəzin əməkdaşları iştirak etdilər.

Vətənimizin bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Kərimova şəhidlərə Allahdan rəhmət, ailələrinə səbr diləyib. 44 günlük Vətən müharibəsində yüzlərlə Beyləqanlı gəncin qəhrəmanlıqla döyüşdüyünü, adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu söyləyib. Qeyd olunub ki, şəhidlərimizin xatirəsi bizim üçün hər zaman əzizdir. Onlar hər zaman bizim qəlbimizdə əbədi yaşayacaqlar. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək bizim hər birimizin vətəndaşlıq borcumuz və ən əsas vəzifəmizdir.

Daha sonra şəhid ailələri çıxış edərək şəhidlər haqqında xatirələrini bölüşüblər.