Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Zirvədən boylananlar” adlı tədbir keçirildi

12.10.2021

"Zirvədən boylananlar" adlı tədbir keçirildi

Oktyabrın 11-də İmişli rayon Mərkəzi Kitabxanasında "Zirvədən boylananlar" adı tədbir keçirildi. Tədbirdə şəhid ailələri, qazilər və rayonda yerləşən bir sıra mədəniyyət müəssisələrinin rəhbərləri iştirak etdilər.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözüylə açan Mərkəzi Kitabxananın direktoru Hürü Şirinova 44 günlük Vətən müharibəsindən, ordumuzun göstərdiyi rəşadətdən danışdı. Daha sonra söz şəhid ailələrinə və qazilərə verildi. Şəhidlərimizin döyüş yolu xatırlandı, qazilərimizin xatirələri dinlənildi.

Sonda tədbir iştirakçıları Şəhidlər Xiyabanını ziyarət etdilər.