Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhid ailəsi ziyarət olundu

12.10.2021

 

Oktyabrın 12-də Xocavənd rayon Mədəniyyət Evinin bir qrup əməkdaşı Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Xocavənd rayonunun Muğanlı kənd sakini Quliyev Şirxan İsmixan oğlunun ailəsini ziyarət etdilər.

Şirxan Quliyev 7 noyabr 2020-ci il tarixində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə xüsusi şücaət göstərərək şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə "Vətən uğrunda", “İgidliyə görə”, “Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!