Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Prezident İlham Əliyevin sosial dövlət fəlsəfəsi

13.10.2021

Azərbaycanın   Prezidenti  İlham Əliyev bütün dünya tərəfindən qəbul olunan böyük siyasətçi, və müasir dövlət xadimidir.O, doğma Azərbaycanda böyük  hörmətə və nüfuza malikdir.İndi Azərbaycan Prezidentinin siyasi portreti bütün dünyada məşhurdur.

Görkəmli siyasi və dövlət xadimi İlham Əliyev  Azərbaycan xalqının ümummilli lideri,dahi dövlət xadimi Heydər Əliyevin siyasi varisidir.O,peşəkar siyasətçidir.Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması və yeni Azərbaycan quruculuğunda  qurulmasında Heydər Əliyevin ən yaxın silahdaşı olmuşdur.İlham  Əliyev müəllifi Heydər Əliyev  olan neft strategiyasının hazırlanmasında ,bu siyasətin dünya meydanında uğur qazanmasında və gerçəkləşməsində ,həmin sahədə müxtəlif layihələrin hazırlanmasında,çox çətin diplomatik tapşırıqların yerinə yetirilməsində fəal iştirak etmiş,ölkəyə investisiya axınında mühüm rol oynamışdır. Ölkədə iqtisadi islahatların həyata keçirilməsində ,cənab İlham Əliyevin müstəqil Azərbaycanın xarici ölkələrlə iqtisadi və mədəni əlaqələrinin genişlənməsinə dair dünyanın qabaqcıl neft şirkətləri ilə tarixi müqavilələrin,o cümlədən Bak-Tiblisi-Ceyhan əsəs ixrac əsas ixrac neft kəməri haqqında müqavilənin bağlanması və reallaşmasında,ümumiyyətlə, Azərbaycan Respublikasının dünyaya inteqrasiyasında mühüm xidmətləri vardır.

İlham Əliyev uzaqgörən dövlət xadimi və siyasətçi kimi sağlam gənclik  yetişdirmək,bununla da xalqımızın sağlam gələcəyini təmin etmək üçün idmanı ümumxalq hərəkatına çevirmək xətti yeridir.Onun təşəbbüsü ilə təkcə paytaxt  Bakıda deyil,eyni zamanda regionlarda da müasir idman mərkəzlərinin yaradılması xalqın sağlam gələcəyinə yönəlmiş müdrik siyasətin parlaq təzahürləridir.

Prezident İlham Əliyevin qətiyyətili və məqsədyönlü fəaliyyəti nəticəsində Heydər Əliyevin xarici siyasət kursunun həyata keçirilməsində ,o cümlədən Azərbaycanın ərazi bütövlüyünü pozmuş erməni işğalçılarının təcavüzkar mövqeyinin beynəlxalq aləmdə ifşa olunmasında mühüm uğurlar qazanılmaqdadır.Geniş dünyagörüşünə ,dərin və hərtərəfli biliyə,yüksək mədəniyyətə malik olan İlham Əliyev müasir və çevik siyasətçi kimi dünyanın  böyük  siyasət məktəbində çox məşhurdur.O,yüksək səviyyəli danışıqlarda  Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir.

Prezidentin İlham Əliyev  Ulu Öndərin yaratdığı əsaslara söykənərək  Azərbaycanda iqtisadi-sosial tərəqqini fenomenal bir gerçəyə çevirib.Bu illərdə milli iqtisadiyyatımız onun qətiyyəti və novator idarəçiliyi sayəsində 3 dəfədən çox artıb.Bu ,dünyada ən sürətli inkişaf göstəricisidir.Azərbaycan Prezidenti  İlham Əliyev ölkəyə rəhbərlik etdiyi 15 illik bir müddətdə xalqın böyük etimadını qazanaraq bir daha sübut etdi ki,Azərbaycanı həm daxili ,həm də beynəlxalq miqyasda yalnız o təmsil edə bilər.

İlk gündən hər bir azərbaycanlının prezidenti olacağını vəd edən,verdiyi sözü uğurla yerinə  yetirən dövlət başçısı İlham Əliyev öz fəaliyyəti ilə ümümmili liderin başladığı işi davam etdirməyə qadir olduğunu sübut etməklə yanaşı ,həm də özünü yeni zamanın yeni lideri kimi göstərdi.

Bu gün Prezident İlham Əliyev in rəhbərliyi ilə Azərbaycanın istər daxili,istərsə də xarici siyasətində əldə edilən hər bir uğur ulu öndər Heydər Əliyevin zəkasının təcəssümü ,onun irsən qoyub getdiyi milli tərəqqi ideyalarının təzahürdür.

Sahilə Müseyibova