Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

Beyləqan rayon Mədəniyyət Mərkəzi

   Beyləqan  rayon Mədəniyyət evi 1939-cu ildən fəaliyyətə başlamışdır. Mədəniyyət evinin əsas işi mədəni-kütləvi tədbirlərin keçirilməsi və rayon sakinlərinin asudə vaxtlarının səmərəli keçirilməsinə, istedadlı gənclərin  üzə çıxarılmasına xidmət etmişdir. 1974-cü ildə Mədəniyyət evində “Xalq teatrı" fəaliyyətə başlamışdır. 2015-ci ildən rayon Mədəniyyət evi rayon Mədəniyyət Mərkəzinə çevrilmişdir. Mədəniyyət Mərkəzinin nəzdində hal-hazırda 34 Mədəniyyət evi və klub fəaliyyət göstərir. Müəssisələrdən 13 Mədəniyyət evi və klub fəaliyyət sisteminə görə profilləşdirilmişdir. Beyləqan rayon Mədəniyyət Mərkəzi, 6 Diyarşünaslıq evi, 1 Diyarşünaslıq klubu, 1 Folklor klubu, 1 Folklor evi, 3 Sənətkarlıq klubu profillərinə uyğun fəaliyyət göstərir.Beyləqan rayon Mədəniyyət Mərkəzində hal-hazırda 9 dərnək və birliklər fəaliyyət göstərir.Beyləqan rayon Mədəniyyət Mərkəzinin əsas binası 1984-cü ildə inşa edilmişdir. Bina 2 mərtəbədən ibarətdir. Binanın ümumi sahəsi 5795 kv. m–dir. Mühazirə otağındakı oturacaq yerlərinin sayı 532 , sərgi zalı 1, sahəsi 70 kv. m olan dərnək otaqları 7, inzibati otaqlar 9, texniki otaqların sayı 10-dur. Mədəniyyət Mərkəzinin həyatyanı sahəsi 2130  kv.m-dir. Hal-hazırda Beyləqan rayon Mədəniyyət Mərkəzində 1 “Xalq” teatrı, “Mil” instrumental çalğı alətləri ansamblı, 1 rəqs dərnəyi, 1 Taekvando dərnəyi, VKC-karate, maraq klubu, stolüstü oyunlar, “Sözün sehri” ədəbi birlik, “Araz ədəbi birliyi" fəaliyyət göstərir. Mədəniyyət Mərkəzində gənc mədəniyyət işçilərindən ibarət “Gənc Mədəniyyət İşçilərinin Koordinasiya Kreativ qrupu” fəaliyyət göstərir.